BMT Baş Assambleyasının 76-cı sessiyasının nümayəndələri Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiyanı BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçiblər.
Bu ölkələrin nümayəndələri 2023-2024-cü illər ərzində Şuranın işində iştirak edəcəklər.
Xatırladaq ki, Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi – Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa Şuranın daimi üzvləridir və veto hüququna malikdir.
Şuranın 10 qeyri-daimi üzvü iki il müddətinə seçilir. Onlardan beşi hər il dəyişdirilir.