12 C
Baku
Monday, November 25, 2024

Finlandiya Rusiya ilə sərhəddə hasar çəkir

Finlandiya hökuməti “miqrasiyadan sui-istifadənin” qarşısını almaq üçün Rusiya ilə sərhədi gücləndirmək qərarını verib, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Bunun üçün Finlandiya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış sərhəd xidməti haqqında qanuna düzəlişlərə əsasən, yeni maneələrin tikilməsi nəzərdə tutulur.

Düzəlişlər qəbul edildikdən sonra onların harada tikiləcəyinə hökumət qərar verəcək, təkliflər Finlandiya Sərhəd Mühafizəsindən irəli sürüləcək. İndi respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Krista Mikkonenin sözlərinə görə, sərhəddə vəziyyət sakitdir, lakin idarə “müxtəlif iğtişaşlar”a hazırlaşır.

Daxili İşlər Nazirliyi hesab edir ki, Finlandiya üçün miqrant axınını da əhatə edən “genişmiqyaslı və mürəkkəb hibrid təsir vasitələri”ndən istifadə riski var. Finlandiya hökuməti əmindir ki, Avropaya miqrasiya siyasi təzyiq aləti kimi istifadə olunacaq.

May ayında Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət edib. Kreml ölkələrin alyansa qoşulmasını Rusiya üçün qeyd-şərtsiz təhlükə hesab sayır. Türkiyə də Finlandiya və İsveçdən Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına qarşı çıxmasını tələb edərək yeni üzvlərin qəbuluna müqavimət göstərir.

Son xəbərlər
Digər xəbərlər