15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan əhalisinə Rusiyadan pul köçürmələr azalır, ABŞ və Almaniyadan kəskin artır

Rusiya Federasiyası və Ukraynadan Azərbaycana xaricdən daxil olmuş fiziki şəxslərin pul baratlarının həcmi azaldığı halda, əksər Qərb dövlətlərindən artıb.

Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin birinci rübü üçün açıqladığı statistikaya istinadən xəbər verir ki, ilin ilk üç ayında 13.33 milyon, yaxud 6% artaraq 239.97 milyon dollar təşkil edib.

Rusiya 2022-ci ilin birinci rübündə böyük sanksiyalara məruz qalması Azərbaycana pul köçürmələrə xeyli təsir edib. Fevral ayının 24-dən Rusiya Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.

Ölkəyə əhali üçün  ən böyük pul köçürülən Rusiya Federasiyasından daxilolma xeyli azalıb. RF-dən ilin ilk rübündə 99.7 milyon dollarlıq vəsait köçüb ki, bu da illik müqayisədə 20.24 milyon dollar, yaxud 17% azalmadır.

Ukraynadan daxilolan pul köçürmələrinin həcmi isə 27% azalaraq 4.23 milyon dollara düşüb.

Lakin, Azərbaycanın bu siyahısını yeni dövlətlər əvəzləyir.

Tarixdə ilk dəfə Rusiyadan sonra ikirəqəmli faiz payı ilə digər ölkə siyahıda yer alır. ABŞ-dan ölkəyə 32.88 milyon dollarlıq köçürmə gəlməklə onun ümumu pul köçürmələrdəki payını 14%-ə çatdırıb. Öncəki illə müqayisədə 3 dəfə çox artım var.

Üçüncü ən çox Türkiyədəndir ki, hesabat müddətində 23.42 milyon dollarlıq köçürmə olub.

42342423423243

Son xəbərlər
Digər xəbərlər