13 C
Baku
Friday, November 22, 2024

“PAŞA Holding”dən AZAL-a transfer olub

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) departamentlərindən birinə direktor təyin edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Zaur Dibirov ölkənin milli aviaşirkəti AZAL-ın Maliyyə və mühasibatlıq departamentinin direktoru təyin edilib.

Z.Dibirov buna qədər “PASHA Holding”in törəməsi “PAŞA İnşaat” MMC-də 2021-ci ilin iyunundan çalışırdı, həmin ilin sentyabrından isə şirkətdə maliyyə direktoru idi.

Daha əvvəllər isə Dövlət Turizm Agentliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə müavini, “PASHA Travel” MMC və “ABSHERON Hotel Group” MMC-də maliyyə direktoru vəzifəsində çalışıb.

 

Son xəbərlər
Digər xəbərlər