14 C
Baku
Friday, November 15, 2024

Dünya Bankı: neftin qiyməti ucuzlaşmaqda davam edəcək

Dünya Bankı İrana tətbiq olunan beynəlxalq sanksiyaların aradan qaldırılmasının neftin qiymətlərini daha çox aşağı salacağı qənaətindədir.

Bu barədə Dünya Bankı tərəfindən açıqlanan hesabatda deyilir. Bildirilir ki, “İranın dünya bazarına geri dönüşü” bazara gündəlik 1 milyon barrel əlavə neft qazandıracaq. Bu, gələn il neftin bir barrelinin qiymətini təxminən 10 dollar aşağı salacaq.

Dünya Bankının hesablamalarına görə, İrana sanksiyaların aradan qaldırılması bu ölkədə gələn il 5 faizlik iqtisadi artıma səbəb olacaq. İranın ixracat həcminin isə 17 milyard dollar böyüməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər