14 C
Baku
Saturday, November 23, 2024

Maliyyə lizinqi əməliyyatlarından ƏDV tutulurmu?

Şirkət avtomobil satışı ilə məşğuldur və avtomobillərini lizinq vasitəsilə satmaq üçün müvafiq fəaliyyət kodu əldə edib. Avtomobillərin lizinq yolu ilə satılmasına görə əlavə dəyər vergisi (ƏDV) ödəməlidirmi?

Vergitutuma məqsədləri üçün maliyyə lizinqi əməliyyatları və əmlak icarəsinin maliyyə lizinqi hesab edildiyi hallar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. Bununla yanaşı, Vergi Məcəlləsinə əsasən, maliyyə lizinqi əməliyyatları maliyyə xidmətlərinə aid edilib və Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

 

 

Son xəbərlər
Digər xəbərlər