14 C
Baku
Wednesday, May 15, 2024

Nazirlik: Son 4 ildə Azərbaycanda orta maaş 41% artıb

Azərbaycanda son 4 ildə minimum əməkhaqqı 2.3 dəfə artırılaraq 300 manata çatdırılıb.

Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, həmin dövrdə orta aylıq əməkhaqqı 41% artaraq 768 manata, median əməkhaqqı 85% artaraq 410 manata çatıb.

Minimum əməkhaqqının və median əməkhaqqının orta aylıq əməkhaqqına nisbətləri müvafiq olaraq 24%-dən 40%-ə və 41%-dən 53%-ə yüksəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər