1932-ci ildə əsası qoyulan Amerika kosmetika brendi “Revlon” iflas üçün müraciət edib, Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir. Qeyd edilir ki, martın 31-nə şirkətin borcu 3.3 milyard dolları keçib.
“Ümid edirik ki, kapital strukturumuzu sadələşdirə və borcumuzu əhəmiyyətli dərəcədə azalda bilərik”, – deyə “Revlon”un rəhbəri Debra Perelman vurğulayır.
“CNBC” yazır ki, 2022-ci ildə istehlakçılar pandemiya ilə əlaqədar kosmetikaya daha az pul xərcləməyə başlayıblar və “Revlon” möcüzəvi şəkildə iflasın qarşısını almağı bacarıb. 2021-ci ildə şirkətin satışları 2017-ci illə müqayisədə 22% azalıb.