26 iyul 2022-ci il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, hərraca 12 dövlət müəssisə və obyekti çıxarılır.
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
№ | Müəssisənin (obyektin) adı | Ünvanı | Tabe olduğu təşkilatın adı | Ümumi faydalı sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
İşçilərin sayı | Əmlakın ilkin (start) satış qiyməti (100%) (manat) |
Əmək kollektivinə güzəştli şərtlərlə satımış hissə (15%) (manat) |
Torpaq sahəsinin ilkin (start) satış qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (srart) satış qiyməti (manat) |
10% beh (manat) |
1 | “Mərdəkan” restoranı | Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 2M | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 1743.9 | x | x | 300000 | x | x | 300000 | 30000 |
2 | Şadlıq evi | Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 5A | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 351.9 | 740.2 | x | 26000 | x | 13000 | 39000 | 3900 |
3 | İki mərtəbəli istehsal sexi | Gəncə şəhəri, Kəpəz rayonu, Z.Əliyeva küçəsi, 2-ci döngə, bina 10 | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 1160.8 | x | 1 | 156250 | x | x | 156250 | 15625 |
4 | 1 saylı bərbərxana | Neftçala rayonu, Bankə qəsəbəsi, H.Əmənov küçəsi, 9A | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 16.0 | x | x | 800 | x | x | 800 | 80 |
5 | Moloja kənd Sənətkarlıq klubu | Lənkəran rayonu, Moloja kəndi | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran Regional Mədəniyyət İdarəsi | x | x | 3 | 250 | x | x | 250 | 25 |
6 | “Çinar” soyuducular zavodunun Şəmkir filialı | Şəmkir rayonu, Keçili kəndi | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 2095.1 | 27150.0 | x | 65000 | x | 85000 | 150000 | 15000 |
7 | Şəmkir yun tədarükü məntəqəsi | Şəmkir rayonu, Keçili kəndi | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 3312.4 | 62695.5 | x | 60000 | x | 115000 | 175000 | 17500 |
8 | Yardımçı təsərrüfat | Goranboy rayonu, Qarapirimli kəndi | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 782.6 | 86000.0 | x | 40000 | x | 100000 | 140000 | 14000 |
9 | Qovlar tikiş fabrikinin Goranboy sahəsi | Goranboy rayonu, Şəfikürd kəndi | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 660.2 | 3008.0 | x | 12500 | x | 7500 | 20000 | 2000 |
10 | “Qubek Otel” İstirahət Zonası | Balakən şəhəri, Gözəlov küçəsi, 102 | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsi | 9297.4 | 13400.0 | x | 9000000 | x | 100000 | 9100000 | 910000 |
11 | Qaraj binası | Qəbələ rayonu, Çuxur Qəbələ kəndi | AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs | 119.8 | 155.7 | x | 5250 | x | 750 | 6000 | 600 |
12 | Soltankənd kənd Yaradıcılıq Evi | İsmayıllı rayonu, Soltankənd kəndi | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi | 673.7 | 1364.9 | 2 | 12000 | x | 3000 | 15000 | 1500 |