Rusiyanın İnquşetiya respublikası Azərbaycanla bir sıra layihələr üzrə əməkdaşlıq qurmaq niyyətindədir.
Bunu regionun rəhbəri Mahmud-Əli Kalimatov deyib.
“Bizim investisiya portfelimizdə 40 layihə var və müxtəlif sahələr üzrə Azərbaycan, Özbəkistan və Belarusla işləməyi planlaşdırırıq. Hazırda biz potensialı tədqiq edirik və artıq konkret təkliflər var. Payızda ilk birgə layihə planları reallaşdırılacaq”, – deyə o bildirib.