24 C
Baku
Thursday, September 19, 2024

İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar

İsrail və ABŞ Yaxın Şərqdə hava hücumundan müdafiə alyansı yaradıblar.

“Reuters” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz deyib.

Nazir qeyd edib ki, alyans İsrailə regionun digər ölkələri ilə əlaqələr qurmağa imkan verəcək. Agentlik hesab edir ki, bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, eləcə də Körfəz Əməkdaşlıq Şurasının digər ölkələridir.

Bundan əlavə, adı açıqlanmayan mənbələr “Reuters”ə izah ediblər ki, alyans üzvləri hava hücumundan müdafiə sistemlərindən məlumat mübadiləsi aparacaqlar, lakin sistemlərin özləri hər bir ölkə üçün fərqli olacaq.

Benni Qantz bildirib ki, yeni alyans artıq İranın bir neçə hücumunun qarşısını alıb və ABŞ Prezidenti Cozef Baydenin İsrailə səfərindən sonra möhkəmlənə bilər.

Report

Son xəbərlər
Digər xəbərlər