Finlandiyanın “Sokos” adlı hotel şəbəkəsi Rusiyadakı biznesini satdığını açıqlayıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir. “Sövdələşmə nəticəsində iyunun 30-dan etibarən Sankt-Peterburqdakı “Sokos Hotels”in fəaliyyəti alıcıya keçəcək və “S-Group”un Rusiyadakı hotel fəaliyyətinə xitam veriləcək.
“S-Group” həmçinin mart ayında bağlanmazdan əvvəl Sankt-Peterburqda 16 mağazadan ibarət “Prisma” şəbəkəsini inkişaf etdirib. İyunun əvvəlində “X5 Retail Group”a 15 supermarket satılıb, o, satış məntəqələrinin əksəriyyətini “Perekrestok” brendinə keçirəcək.