15 C
Baku
Sunday, November 24, 2024

Stoltenberq İsveç və Finlandiyaya zəmanət verə bilmir

“Mənim məqsədim İsveç və Finlandiyanın NATO-ya mümkün qədər tez üzv ola bilməsini təmin etməkdir. Lakin buna zəmanət verə bilmərəm”.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Baş katib, Türkiyənin etirazlarına baxmayaraq, iki şimal ölkəsinin NATO-ya daxil olması ilə bağlı nikbin olduğunu söyləyib.

Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib. Türkiyə terror təşkilatlarına münasibətlərini müəyyən edənə qədər bu ölkələrin NATO-ya üzvlüyünü dəstəkləməyəcəyini bəyan edib.

Son xəbərlər
Digər xəbərlər