8 C
Baku
Sunday, November 17, 2024

Hindistan Rusiyadan neft idxalını 50 dəfə artırıb

Hindistanın neft emalı müəssisələri bu ilin aprel-iyun aylarında Rusiyadan xam neft tədarükünü 50 dəfə artırıb.

“The Economic Times” qəzeti bu barədə Hindistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Onların sözlərinə görə, son üç ay ərzində Rusiya neftinin respublikaya idxalı 50 dəfə artıb.

Fevralın 24-dək Hindistanın xaricdən aldığı neftin cəmi 0,2 faizi Rusiyanın payına düşdüyü halda, indi bu göstərici 10 faizə çatıb. May ayında Rusiya Səudiyyə Ərəbistanını geridə qoyaraq İraqdan sonra Hindistan bazarının ən böyük neft ixracatçısı olub. Dünyada enerji qiymətlərinin xeyli artdığı vaxtda Hindistan Rusiyanın neftin barelini 30 dollara qədər endirimlə satmağa məcbur olmasından istifadə edir. Nyu-Dehli may ayında Rusiyadan ümumilikdə 25 milyon barel neft alıb.

ABŞ və Çindən sonra dünyanın ən böyük üçüncü neft istehlakçısı olan Hindistan xammalın 85 faizini xaricdən alır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər