10 C
Baku
Thursday, December 12, 2024

“AzerGold” 6 şirkət ilə müqavilə bağladı – 1 milyon manatlıq sifariş

“AzerGold” QSC 6 şirkət ilə – “Creat Company” MMC, “Nobel Elektrik” MMC, “KM Services” MMC, “Datum” MMC, “Pelican Service” MMC və “36.6” MMC ilə müqavilə bağlayıb.

“Creat Company” MMC ilə bağlanmış müqavilədə Daşkəsən və Balakən rayonlarında yerləşən mövcud bina və qurğuların texniki vəziyyətin yoxlanılması, müayinəsi, layihələndirilməsi, həmçinin layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 598 449 manatdır.

“Nobel Elektrik” MMC ilə bağlanmış müqavilədə Generatorların və mövcud generatorlar üçün ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 87 298 manatdır.

“KM Services” MMC ilə bağlanmış müqavilədə müxtəlif təyinatlı elektrik mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 177 778 manatdır.

4-cü müqavilə isə “AzerGold” QSC-də istifadə olunan müxtəlif proqram təminatları üzrə yeni lisenziyaların alınması və mövcud lisenziyaların uzadılması xidmətinin satın alınmasından ibarətdir. Müqavilənin məbləği isə 133 501 manatdır.

5-ci müqavilədə AzerGold” QSC-nin Bakı ofisində və Çovdar Filiz Emalı Sahəsində formalaşan təhlükəli tullantıların daşınması və utilizasiyası xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği 120 480 manatdır.

6-ci müqavilə “AzerGold” QSC-nin Gəncə şəhəri, Daşkəsən və Balakən rayonlarında yaşayan və/və ya çalışan işçiləri üçün tibbi müayinə xidmətlərinin, o cümlədən laborator analizlərin verilməsinə dair xidmətlərin satın alınmasıdır. Buna görə şirkətə 58 992 manat ödəniləcək.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər