13 C
Baku
Sunday, November 24, 2024

Finlandiya Ukraynaya 70 milyon avro ayıracaq

Finlandiya hökuməti əməkdaşlığın inkişafı və humanitar yardım üçün Ukraynaya əlavə 70 milyon avro ayırmağa qərar verib.

Bu barədə Finlandiya Xarici İşlər Nazirliyi tviterdə bildirib.

Qeyd edək ki, Rusiya hərbi əməliyyatlara başlayandan Finlandiya Ukraynaya 21 milyon avro yardım edib.

Fevralın sonunda Finlandiya Ukraynaya 2 500 avtomat, 150 000 avtomat patronu, 1500 tək atışlı tank əleyhinə tüfəng göndərmək qərarına gəlib.

Mayın 26-da Finlandiyanın baş naziri Sanna Marin Ukraynaya rəsmi səfər edib.

Son xəbərlər
Digər xəbərlər