10 C
Baku
Thursday, December 12, 2024

Qırğızıstanın keçmiş Prezidentinə bəraət verildi

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevə bəraət verilib.

Bişkekin Pervomayski rayon məhkəməsi eks-prezidenti 2020-ci ilin payızında Bişkekdə baş vermiş kütləvi iğtişaşlara görə təqsirləndirmişdi.

Onun ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilməyib.

Məhkəmə iş üzrə digər təqsirləndirilən şəxsləri – Qırğızıstanın keçmiş daxili işlər naziri Kursan Asanovu və prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazovu da təqsirsiz hesab edib.

Qeyd edək ki, prokuror Almazbek Atambayevə 12 il həbs cəzası təklif edirdi.

Son xəbərlər
Digər xəbərlər