26 C
Baku
Tuesday, April 30, 2024

“Boston Consulting Group” Bakıda filial açıb

Beynəlxalq konsaltinq şirkəti olan “Boston Consulting Group” Bakıda yeni ofis açdığını və bununla da Xəzər regionunda iştirakını genişləndirdiyini elan edib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Şirkətin mesajında deyildiyi kimi, resursların keyfiyyətinə və istehsalın karbon səmərəliliyinə görə Azərbaycan Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrlə birlikdə qlobal enerji arenasında lider mövqe tutur.

“BCG Baku”nun rəhbəri Kiril Tuişevin sözlərinə görə, şirkət Azərbaycana bu fürsət pəncərəsindən maksimum yararlanmaqda kömək etmək niyyətindədir. 1963-cü ildə qurulan “BCG” şirkəti “McKinsey” və “Bain & Co” ilə birlikdə dünyanın ən böyük üç aparıcı konsaltinq şirkətlərindən biridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər