23 C
Baku
Friday, May 10, 2024

Yaponiya ilə ABŞ hərbi alyansını daha da gücləndirmək istəyir

İyunun 29-da Yaponiya özünümüdafiə qüvvələri ilə ABŞ hərbçiləri birgə təlimlər keçiriblər. Təlimlər hərbi təyyarələrin iştirakı ilə Yapon və Şərqi Çin dənizləri üzərində baş tutub.

Bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin saytında iyulun 1-də yerləşdirilən məlumatda qeyd edilir. Bildirilir ki, təlimlərdə Yaponiya tərəfdən səkkiz F-15 və dörd F-2 qırıcısı, ABŞ tərəfdən isə iki B-1 strateji bombardmançı təyyarəsi iştirak edib.

Qeyd edilir ki, təlimlərin məqsədi Yaponiya-ABŞ hərbi alyansını daha da gücləndirməkdir.

Kyodo agentliyinin yaydığı məlumatda isə bu təlimlər ABŞ və Yaponiyanın son vaxtlar regionda artan hərbi fəallığa reaksiyası kimi təqdim edilir.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər