10 C
Baku
Thursday, December 12, 2024

“Bravo” supermarket maliyyə rəqəmlərini açıqlayıb

“Bravo” Supermarketlər şəbəkəsi olan “Azərbaycan Supermarket” MMC-nin 2021-ci il üzrə gəlirlərinin çoxalmasına rəğmən növbəti dəfə zərər edib.

Bu barədə Banker.az-ın əldə etdiyi audit hesabatında deyilir.

Supermarketlər şəbəkəsinin gəliri 2021-ci ildə illik müqayisədə 12 faiz artımla 572.69 mln manat, satışının maya dəyəri isə 10 faiz artımla 464.82 mln. manata yüksəlib ki, bu da onun ümumi mənfəətinin 107.87 milyon manat (2020: 109.11 mln. manat) olub.

“Bravo” hesabat ilində 130.42 mln. manat ümumi, satış, adminstrativ xərclər çəkmiş, 41.46 mln. manatlıq maliyyə xərcləri çəkmiş və beləliklə il üzrə 65 milyon manatlıq zərər edib. 2020-ci ildə onun zərəri 46.93 milyon manat idi.

Bu zərərdən sonra onun balansındakı illərin yığılmış zərəri 179.09 milyon manat olmuşdur. Şirkətin nizamnamə kapitalı 2 min manatdır və 202.89 milyon manatlıq əlavə kapital ehtiyatı var.q3242423442

Son xəbərlər
Digər xəbərlər