10 C
Baku
Monday, November 25, 2024

NATO-nun Avropadakı yeni Ali Baş Komandanı vəzifəsinin icrasına başlayıb

NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı yeni Ali Baş Komandanı vəzifəsinin icrasına başlayıb.

Bu barədə NATO-nun saytında məlumat verilib.

Bildirilib ki, Belçikanın Mons şəhərindəki Müttəfiq Əməliyyatlar Komandanlığında (ACO) təhvil-təslim mərasimində NATO Baş katibi Yens Stoltenberq də iştirak edib.

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Tod Volters Müttəfiq Qüvvələrin Əməliyyatlar Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahının Komandanlığını ABŞ generalı Kristofer Kavoliyə təhvil verib.

Qeyd edək ki, General Kristofer Kavolinin 35 illik hərbi karyerası Bosniya, İraq, Əfqanıstan və Vaşinqtonu əhatə edib. Müttəfiq Əməliyyatlar Komandanlığı NATO-nun bütün əməliyyatlarının planlaşdırılması və icrasına cavabdehdir. General Kavoli Avropada Müttəfiq Qüvvələrin 20-ci Ali Baş Komandanıdır. Bu vəzifəni ilk tutan general Duayt Eyzenhauer, sonradan ABŞ-ın 34-cü prezidenti olub.

NATO Baş katibi bildirib ki, general Kristofer Kavoli transatlantik regionun təhlükəsizliyi üçün dönüş nöqtəsində NATO-ya qoşulur:

“General Tod Volters uğurlu rəhbərliyinə görə dərin təşəkkürümü bildirirəm. O, lazımi vaxtda doğru post üçün düzgün rəhbər idi”, – NATO Baş katibi qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər