“Azəristiliktəchizat” ASC-nin 2021-ci ildə yığılmış zərəri 98 milyon 918 min manat olub. Əvvəlki ildə “Azəristiliktəchizat”ın yığılmış zərəri 88 milyon 546 min manat təşkil edib ki, bu da illik müqayisədə 12% artım deməkdir.
Banker.az bu barədə ASC-nın maliyyə hesabatına istinadən xəbər verir.
31 dekabr 2021-ci il tarixində “Azəristiliktəchizat” ASC-nin cəmi aktivləri 187 milyon 618 min manatdan 189 milyon 678 min manata qədər artıb.
Ötən il “Azəristiliktəchizat”ın cəmi kapitalı 7% azalaraq 130 milyon 528 min manat, cəmi öhdəlikləri isə 24% artaraq 59 milyon 150 min manat təşkil edib.
Xatırladaq ki, “Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və vəzifəsi Bakı şəhərində və Respublikanın Regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.