15 C
Baku
Sunday, November 24, 2024

Stoltenberq İsveçlə Finlandiyanın üzvlüyünə dair ratifikasiya prosesinin sürətli olacağına ümid edir

Müxtəlif ölkələrin müxtəlif prosedurları var. İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün üzv ölkələrin parlamentləri tərəfindən ratifikasiya prosesi nə zaman bitəcək, bunu öncədən təxmin edə bilmərik. Amma düşünürəm ki, biz müttəfiqlərimizə güvənə bilərik.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq bu gün keçirilən mətbuat konfransında bildirib.

“Biz ratifikasiya ilə bağlı bir neçə ay barədə düşünməliyik. Ratifikasiya prosesi bir neçə ay çəkə bilər. Ancaq hər bir halda normaldan sürətli ola bilər, nəzərə alsaq ki, bu, NATO tarixində ən sürətli üzvlük prosesidir. Ancaq hər bir halda ratifikasiya ilə bağlı parlamentlər qərar verəcək”, – Stoltenberq əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər