16 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda forex brokerləri hansı şərtləri təklif edir? – SİYAHI

Azərbaycanda forex bazarında broker xidmətini həyatra keçirən investisiya şirkətlərinin bu bazara qatılmaq üçün ilkin şərtlərini araşdırdıq.

FOREX (Foreign Exchange) daim dəyişən valyutaların qiymət dəyişikliklərindən faydalanaraq gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarıdır və bu valyuta fiziki deyil, onlayn olaraq həyata keçirilir. Dünyada günlük 6.6 trilyonluq dövriyyəyə malik bir bazardır.

Forexdə  ticarət texnologiyası sadələşmiş olaraq təxminən belədir: Siz təxmin edirsiniz ki, dolların məzənnəsi ienaya nisbətdə qalxacaqdır. Bu sövdələşməyə yatıra biləcəyiniz məbləği seçirsiniz; broker sizə kredit çiyni təklif edir ( məsələn, [100). Bu o deməkdir ki, əgər sizin yatırımınız 100 $ idisə, sövdələşmə 10 000 $-lıq  açılır. Bu zaman siz təbii ki, öz  100 $-la risk edirsiniz. Əgər sizin proqnozunuz düzgün çıxırsa, siz müəyyən gəlir əldə edirsiniz – bir neşə dollardan bir neçə yüz dollaradək. Gəlirin kifayət səviyyədə olduğunu güman etdiyiniz anda bu sövdələşməni dayandıra bilərsiniz. Əgər səhv etmisinizsə – öz pullarınızı itirirsiniz. Əlbəttə ki, siz yatırılmış pulların tam itirilməsini gözləmədən də sövdələşməni bağlaya bilərsiniz.

O da qeyd edilməlidir ki, Azərbaycanda Forex bazarında valyuta əməliyyatları həyata keçirilərsə, pul vəsaiti ƏDV məqsədləri üçün vergitutma obyektini təşkil etmir.

Azərbaycanda 12 investisiya şirkətindən yarısı bu törəmə maliyyə alətləri bazarında fəaliyyət göstərməkdədir. “MFX Trading İ.Ş.” ASC isə bu sektorda fəaliyətini dayandırıb.

Daha bir fakt isə, 4 broker dünyada ən çox istifadə edilən “Meta Trader” platformasınını müştərilərinə təklif edir, hansı ki, bunlar eyni interfeysə, indiqatorlara malikdir. “Meta Trader 4” bir qədər köhnəlmiş platforma olsa da köhnə sərmayəçilər üçün istifadədə aktivliyini saxlamaqdadır. MT4 və MT5 üstün tərəflərindən biri sadə, anlaşılan və funksianal olmasıdır. Digər tərəfdən aşağı sürətli internet olan smartfon/kompüter/planşetdən ticarəti həyata keçirmək mümkündür. Qeyd edilən platforma üçün “iOS”,  Windows 7/8/10, və “Android” üçün yükləmək mümkündür.

mt5 platform mobile features
Meta Trader

 

“PAŞA Kapital İ.Ş” QSC isə bir qədər müasir inetrfeysə malik olan “XOH Trader” platformasından istifadə edir. Hansı ki, bu platformada “Meta Trader”dən fərqli olaraq müxtəlif şirkətlərin sintetik səhmlərini əldə edə bilirsiniz.

XOH Trader
XOH Trader

XOH Trader-də daha bir üstünlük isə bəzi indikatorların daha da inkişaf etdirilmiş formada təklif edilməsidir. Platorma “PAŞA Kapital” tərəfindən “iOS”,  Windows 7/8/10, və “Android” cihazları üçün təklif edilir.

Untitled

 

 

Son xəbərlər
Digər xəbərlər