17 C
Baku
Saturday, May 4, 2024

Kripto nəhəngi 150 işçisini ixtisar edib

Amerika-İsrail kripto kredit təşkilatı Celsius problemli dövrdən çıxa bilmək üçün çarəni işçiləri ixtisar etməkdə tapıb. Keçən ay müştərilərin pul çəkməsini dayandıran və maliyyə böhranı ilə mübarizə aparan şirkət 150-yə yaxın işçisini işdən çıxarıb.

Banker.az xəbər verir ki, şirkətin LinkedIn-də rəhbər işçilər də daxil olmaqla təxminən 650 əməkdaşı var. Bu göstəricilərə baxsaq, ixtisarlardan şirkətin 23%-nin təsirləndiyini görürük.

Şirkət iyunun ortalarında baş verən qarışıqlıqdan sonra aktivlərin qoruma yollarını araşdırdığını bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər