Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Çin xarici işlər naziri Van İ ilə görüşüb.
Bu barədə Borrell “Twitter”də bildirib.
“Çin XİN rəhbəri Van İ ilə Aİ-Çin münasibətləri müzakirə etdik.
Çini Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı məsələdə daha konstruktiv rol oynamağa və Rusiyanın hücumunun səbəbləri və fəlakətli qlobal iqtisadi nəticələrinə dair dezinformasiyanı dayandırmağa çağırdım”, – Borrell qeyd edib.