-3 C
Baku
Sunday, December 15, 2024

Aktobe hava limanından Bakıya ilk təyyarə yola düşüb

Qazaxıstanın Aktobe hava limanından Bakıya “Qazaq Air” aviaşirkətinin ilk təyyarəsi yola düşüb.

Bu barədə Aktobe hava limanının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeni hava əlaqəsi iki ölkə arasında turizmin inkişafına və ikitərəfli əməkdaşlığın güclənməsinə imkan verəcək. Bakıya uçuşlar Nur-Sultandan Aktobe vasitəsilə tranzitlə həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçirilir. Əvvəllər həm Aktobedən, həm də Nur-Sultandan Azərbaycana müntəzəm uçuşlar həyata keçirilmirdi.

Uçuş iki saat çəkəcək. Bir tərəfə biletin qiymətinin 57 min tənqədən (202 manatdan) başladığı bildirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər