14 C
Baku
Saturday, November 23, 2024

SOCAR ötən il 2.12 mlrd. manatlıq xalis mənfəət əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR 2021-ci il üzrə 2 mlrd. 115 mln. manat xalis mənfəət əldə edib və bununla da onun illərin bölüşdürülməmiş mənfəəti 6 milyard 353 milyon manata çatıb.

Bu barədə Banker.az konsolidə edilmiş illik audit hesabatına istinadla xəbər verir.

Hesabata rəyi tanınmış audit şirkəti “Ernst and Young” verib.

Maliyyə ilində SOCAR 77 milyard 531 milyon manatlıq gəlir əldə etmiş və öncəki ili 27 milyard 921 milyon, yaxud 56% üstələyib. Dövlət şirkətinin satışlarının maya dəyəri 54% artımla 68 milyard 689 milyon manat təşkil edib. Bu da onun ümumi mənfəətinin 2020-ci ildə 5 milyard 055 milyon manat olduğu halda, 2021-ci ildə 8 milyard 842 milyon manata qədər artırıb.

Rəydə qeyd edilir ki, SOCAR ötən il dövlət büdcəsinə mənfəətindən 1 milyard 162 milyon manat vergi ödəyib.

234234234234

 

 

Son xəbərlər
Digər xəbərlər