23 C
Baku
Sunday, September 29, 2024

Lavrov: “Taxıl böhranı ilə bağlı Ukrayna və Türkiyə ilə danışıqlara hazırıq”

Rusiya taxılı böhranı ilə bağlı Ukrayna və Türkiyə tərəfləri ilə danışıqlar prosesinə hazırdır.

Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 XİN rəhbərlərinin iclasının yekunları ilə bağlı çıxışında deyib.

“Biz ukraynalı və türkiyəli həmkarlarımızla danışıqlara hazırıq”, – Lavrov bildirib.

Lavrov əlavə edib ki, Qara dəniz limanlarından taxılın çıxarılması məsələsi ilə bağlı danışıqlar prosesində Hərbi Dəniz Qüvvələri həlledici rol oynayır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər