Almaniya Bundestaqı İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.
DW-nin xəbərinə görə, Almaniya Bundestaqı Kanada, Estoniya, Danimarka və Norveçdən sonra prosesi təsdiqləyən növbəti qanunverici orqandır.
Almaniya müdafiə naziri Kristin Lambrext Bundestaqda çıxışı zamanı bildirib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması qərarı çox vacibdir.
“Bu doğru addımdır və bizim tam dəstəyimizi haqq edir. Finlandiya və İsveçi NATO üzvü kimi qəbul etməklə biz azadlıq və demokratiyanı gücləndirmiş oluruq. Onların qoşulması nəinki Alyansı daha da genişləndirəcək, həm də Avropa və transatlantik həmrəyliyini gücləndirəcək”, Lambrext bildirib.