Yaponiya iyulun 10-na təyin edilmiş parlamentin yuxarı palatasına seçkilərə hazırlığı davam etdirəcək.
Bu barədə jurnalistlərə Yaponiya Baş nazir Fumio Kişida bildirib.
“Demokratiya zorakılığa boyun əymir. Sabahdan etibarən bütün seçkiqabağı tədbirlər davam etdiriləcək”.
Kişida vurğulayıb ki, o, kabinetinə seçkilərin təhlükəsiz keçirilməsi üçün lazım olan bütün addımları atmağı tapşırıb.
Bu gün səhər Sindzo Abeyə qarşı sui-qəsd cəhdi fonunda Yaponiyanın hakim Liberal Demokrat Partiyası namizədlərin seçicilər qarşısında çıxışları da daxil olmaqla, bütün təşviqat fəaliyyətini dayandırmaq qərarına gəlib.
Kişida Şinzo Abenin ailəsinə də başsağlığı verib və dünyanın böyük siyasətçini itirdiyini qeyd edib. “Mənim sadəcə olaraq bu faciənin ağırlığını ifadə etməyə sözüm yoxdur”, o əlavə edib.