8 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “TBC Kredit” BOKT MMC-nin ümumi dəyəri 1 000 000 (bir milyon) AZN olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
14 iyul 2022-ci il tarixində “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2006019163 |
İstiqrazların növü və forması | Faizli təmin edilməmiş sənədsiz adlı |
İstiqrazların sayı | 1000 (ədəd) |
Nominal Dəyəri | 1,000 AZN |
Ticarətə buraxlma tarixi | 14.07.2022 |
İllik faiz dərəcəsi | 12% |
Tədavül müddəti | 2 il |
Kupon faizlərinin ödəniş müddəti | Hər 6 aydan bir |
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.