9 C
Baku
Thursday, December 12, 2024

Şri-Lankada prezident bu tarixdə istefa verəcək

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa iyulun 13-də dövlət başçısı vəzifəsini tərk edəcək.

Bu barədə ölkə parlamentinin spikeri Mahinda Yapu Abeivarden bildirib.

Rajapaksa spikerə müvafiq qərarı barədə məlumat verib.

Bundan əvvəl “Reuters” məlumat yayıb k, ada dövlətinin prezidenti təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, Şri-Lankada daha əvvəl baş nazirin iqamətgahının ərazisinə daxil olan etirazçılar hökumət binasını yandırıblar. Minlərlə etirazçı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar Rajapaksanın iqamətgahına soxulublar. 30-dan çox insan yaralanıb. Etirazlar fonunda Vikramasinkh vəzifəsini tərk etməyə razılaşıb.

Son xəbərlər
Digər xəbərlər