Fransanın müdafiə xərcləri gələn il 3 milyard avro arta bilər.
Bu barədə Fransa hərbi departamentinin rəhbəri Sebastien Lecornu “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib.
“Mən hökumətin 2023-cü il üçün hərbi büdcəni 3 milyard avro artırmaq niyyətini bir daha təsdiq edirəm. Bu, parlamentin müzakirəsinə təqdim olunacaq”, – Lekornu nəşrin bununla bağlı sualını cavablandırarkən deyib.
O qeyd edib ki, hərbi idarə Ukraynadakı vəziyyətin fonunda təcrübəni qiymətləndirmək və müdafiə büdcəsinə əlavə düzəlişlər etmək niyyətindədir.
Fransa hərbi departamentinin məlumatına görə, 2019-2025-ci illərdə ölkənin silahlarının modernləşdirilməsi proqramının maliyyələşdirilməsinə 295 milyard avro ayrılması planlaşdırılıb. İyunun 13-də Makron Ukraynadakı münaqişə fonunda bu xərclərin nəzərdən keçirilməsini tapşırıb. Dövlət başçısı qeyd edib ki, hazırkı proqram “yüksək intensivlikli müharibə” ehtimalı nəzərə alınmadan qəbul edilib.