10 C
Baku
Wednesday, December 11, 2024

Kuleba: “Rusiya Ukraynanın taxılını ixrac etməsində maraqlı deyil”

“Ukrayna taxılının beynəlxalq bazara ixracına dair razılaşma üçün iki addım qalıb. Hələlik Rusiyanın mövqeyi ilə bağlı təhlükəsizlik problemlərini həll etmək lazımdır”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “El Pais” nəşrinə müsahibəsində deyib.

“Biz son mərhələdəyik. İndi hər şey Rusiyadan asılıdır. Həqiqətən, bunu istəsələr, tezliklə taxıl ixracına başlaya bilərik. Yox, əgər Moskva bu məsələdən aclıq oyunlarını davam etdirmək üçün yararlansa, danışıqların vacibliyində israr etməyə davam edəcək”, – nazir vurğulayıb.

D.Kulebanın sözlərinə görə, Ukrayna öz taxılını beynəlxalq bazara çıxarmağa hazırdır. Eyni zamanda, nazir vurğulayıb ki, Rusiya Ukraynanın taxılını ixrac etməsində maraqlı deyil: “Çünki bilirlər ki, biz taxıl ixracına başlasaq, beynəlxalq bazarlardan gəlir əldə edəcəyik. Bu, bizi daha güclü edəcək”.

Xatırladaq ki, bu gün Türkiyədə Ukrayna taxılının dünya bazarına təhlükəsiz çıxarılması ilə bağlı danışıqlar aparılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər