14 C
Baku
Saturday, November 23, 2024

“Nar” cərimələnir

“Azerfon” MMC barəsində İqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan İnzibati Xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İXM-in 398-ci maddasinə görə, Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə –  inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Qeyd edək ki, Azerfon şirkəti Azərbaycan ərazisində mobil rabitə xidmətlərini göstərmək üçün 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziya ilə təmin edilmişdir. Azerfon şirkəti 2007-ci ilin mart ayında qeydiyyatdan keçmiş ticarət nişanı olan “Nar Mobile” brendi ilə kommersiya fəaliyyətinə başlamışdır.

Son xəbərlər
Digər xəbərlər