11 C
Baku
Friday, November 15, 2024

“Aztelekom” məhkəməyə verildi

“Optik-Rabitə-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət “Aztelekom” MMC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “Optik-Rabitə-Tikinti” podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Elşən Abdullayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.

Son xəbərlər
Digər xəbərlər