Avropa Komissiyası Rusiyayaa qarşı sanksiyaların müddətini 2023-cü ilin əvvəlinə qədər uzatmağı təklif edir.
Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tviterdə bildirib.
“Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi səngimək bilmir. Ona görə də biz bu gün Aİ-nin Kremlə qarşı sanksiyalarını sərtləşdirməyi və 2023-cü ilin yanvarına qədər uzatmağı təklif edirik”, – o qeyd edib.
Xatırladaq ki, bu günlərdə Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin razılaşdırılması üzərində işləyir. Gözlənildiyi kimi, buraya Rusiya qızılının idxalına və ikili təyinatlı malların ixracına qadağa da daxil olacaq.