Amerikanın “Tesla Inc” şirkəti inflyasiya yavaşlamağa başlayarsa, elektromobillərin qiymətini azalda bilər.
Bu barədə şirkətin rəhbəri və təsisçisi İlon Mask öz rəsmi “Twitter” səhifəsində bildirib.
Qeyd edək ki, bir ay əvvəl “Tesla” qiymətləri bir anda 6 min dollar qaldırmışdı. Bundan əvvəl şirkət mart ayında da oxşar tədbir görmüşdü.