“H&M” mağazalar şəbəkəsi Rusiya bazarından həmişəlik çıxdığını açıqlayıb, banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, şirkət biznesin bağlanması çərçivəsində Rusiyadakı bütün mağazalarda endirimlərə başlayır.
Daha əvvəl martın 2-də “H&M” Rusiyada satışları (offlayn və onlayn) dayandırdığını bildirmişdi. Şirkət bunu Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması ilə əlaqələndirmişdi.