Fransa və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətləri enerji sektorunda əməkdaşlıq haqqında saziş imzalayıblar, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əməkdaşlığın məqsədi Fransa, BƏƏ və ya dünyanın digər ölkələrində hidrogen, bərpa olunan enerji və ya nüvə enerjisi sahəsində birgə investisiya layihələrini müəyyən etməkdir. Yaşıl layihələrin maliyyələşdirilməsi üçün ikitərəfli fondun yaradılmasının mümkünlüyü qeyd edilir.
“BƏƏ ilə imzaladığımız saziş ikili strateji məna daşıyır: o, bizə aşağı karbonlu gələcək hazırlayarkən qısa müddətdə aktual enerji təhlükəsizliyi məsələlərini həll etməyə imkan verir”, – deyə Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer söyləyib.
Sənəd BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Fransaya səfəri zamanı imzalanıb.