12 C
Baku
Friday, November 15, 2024

SOCAR Gürcüstana qaz ixracını 50%-ə yaxın artırıb

2022-ci ilin ikinci rübündə SOCAR dünya bazarına 4,9 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 144 milyon kubmetrə yaxın təbii qaz ixrac edib.

Banker.az SOCAR-ın hesabatına istinadən xəbər verir ki, ümumilikdə ölkə üzrə qaz ixracı 36% artımla təqribən 5,5 milyard kubmetr yüksəlib.

SOCAR-ın dünya bazarına ixrac etdiyi neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17,6%, Gürcüstana ixrac etdiyi qazın həcmi isə 48,1% artıb.

Son xəbərlər
Digər xəbərlər