17 C
Baku
Sunday, May 12, 2024

Rusiya Almaniyaya qaz nəqlini bərpa etdi

Rusiya bu gündən etibarən “Şimal axını-1” qaz kəməri ilə Almaniyaya qaz nəqlini bərpa edib.

Bu barədə məlumatı “dpa” agentliyi yayıb.

Məlumata görə, aparılan texniki təmir işlərindən sonra kəmərin fəaliyyəti bərpa edilib.

Xatırladaq ki, Rusiya iyulun 11-də sözügedən qaz kəmərində təmir işlərinin aparılması məqsədilə Avropa İttifaqına (Aİ) qaz nəqlini dayandırmışdı. Avropa tərəfi Rusiyanın qaz nəqlini bərpa etməyəcəyindən ehtiyat edirdi.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər