2022-ci ilin birinci yarımilliyi ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 2 977 müraciətə baxılıb. Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 59%-i malların (iş, xidmətlərin) qüsurlu və keyfiyyətsiz olmasına dair olub.
Bildirilir ki, müraciətlərin 14%- istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 3%-i müqavilə hüquqlarının pozulmasına, 2%-i istehlakçılara zəruri və düzgün məlumatların verilməməsinə dair olub. Müraciətlərin qalan qismi isə digər istehlakçı hüquqlarının pozulması ilə bağlı olub.
Dövlət Xidmətindən verilən məlumata əsasən, müraciətlərə baxılmanın nəticəsində 169 286 manat istehlakçılara qaytarılıb, 15 080 manat səymiş ziyan ödənilib.