İndiyədək sənaye zonalarına 58 rezident tərəfindən 6.4 mlrd. ₼ çox sərmayə yatırılıb və 10 100-dən çox daimi iş yeri yaradılıb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir bildirib ki, növbəti mərhələdə mövcud layihələr üzrə 450 mln. ₼ çox investisiya yatırılması və 4 500-dən artıq yeni iş yerinin təşkili nəzərdə tutulur.