-3 C
Baku
Sunday, December 15, 2024

Quterreş: “Taxıl sazişinin müddəti 3 aydır”

Taxılla dolu gəmilər dəniz minaları olmayan marşrut üzrə hərəkət edəcək və bu ərazidə heç bir hərbi gəmi olmayacaq.

Bu barədə BMT Baş katibi Antoniu Quterreş NTV kanalına müsahibəsində deyib.

O qeyd edib ki, “Taxıl daşınması sazişi”nin müddəti üç aydır, lazım olduğu təqdirdə uzadıla bilmək imkanı var.

Quterreşin sözlərinə görə, tərəflər dəhliz boyunca hərəkət edən gəmilərə heç bir atəşin açılmayacağına razılıq verib, gəmilər tam olaraq təhlükəsiz olacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər