10 C
Baku
Thursday, December 12, 2024

Almaniya prezidenti: “Rusiyanın hərbi əməliyyatı Avropanın birliyinə qarşı müharibədir”

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda Avropanın birləşməli olduğunu bildirib.

O, bu barədə Paderborn şəhərində çıxışı zamanı deyib.

“Gənc nəsillər Soyuq Müharibənin qayıdışını böyük fəlakət hesab etməyə bilər, lakin yaşlılar hələ də belə bir vəziyyətin, xüsusən də Avropadakı insanlar üçün nə qədər kövrək və təhlükəli olduğunu xatırlayırlar. Rusiyanın hərbi əməliyyatı Avropanın birliyinə qarşı müharibədir. Biz özümüzün bölünməsinə icazə verə bilmərik”, – deyə Almaniya prezidenti vurğulayıb.

O, həmçinin qeyd edib ki, avropalılar öz dəyərlərini müdafiə etməyə və həssas xərcləri nəzərə almağa hazır olsalar, ortaq mövqe mümkün ola bilər. Prezident əlavə edib ki, Avropanın buna hazır olub-olmaması yaxın həftələr və aylar üçün aktual olacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər