14 C
Baku
Sunday, November 24, 2024

Prokurorluq 2 mln. manatdan çox pul ələ keçirməkdə təqsirləndirilən polis əməkdaşı ilə bağlı açıqlama yayıb

Bəzi media səhifələrində  etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Xətai RPİ-nin Cinayət-axtarış şöbəsinin sabiq kiçik əməliyyat müvəkkili Həşimli Elvin Elçin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb. Banker.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Elvin Həşimlinin tanışı Möhkəm Səmədova birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək adı ilə  sonuncunun  2 mln. 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə  ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan Xətai rayon prokurorluğunda Elvin Həşimlinin Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin  məhkəmənin 13.07.2022-ci il tarixli hökmü ilə Elvin Həşimliyə bəraət verilib.
21.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.

Son xəbərlər
Digər xəbərlər