10 C
Baku
Monday, November 25, 2024

“Günay Bank” zərərdən “yaxa qurtara” bilmədi – hesabat

“Günay Bank” ASC-də kredit faizləri üzrə gəlirləri azaldığı halda, depozitlər üzrə artıb, balansında 1.5 mln. manat üzərində yığılmış zərər qalmaqdadır.

Bu barədə Banker.az bankın 2022-ci ilin birinci yarım ili üzrə hesabatında qeyd edilir.

Hesabata görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində 7.26 milyon manatlıq faiz gəliri əldə edib. Cəmi faiz gəlirləri öncəki ilin eyni dövrünü 3.5 faiz üstələyib. Faiz gəlirlərinin artmasına baxmayaraq 5.2 mln. cəmi əsas fəaliyyət istiqaməti – müştərilərdən kreditlərin faizlərindən daxil olub. Bu da öncəki illə müqayisədə 5.6 faiz zəifdir.

“Günay Bank” hesabat dövründə 5.31 mln. manat faiz xərci çəkib. Faiz xərlcərinin 2.14 mln. manat olmuşdur. Məsələn, bu, öncəki il 1.84 mln. manat idi.

Onun qeyri-faiz gəlirləri 3.32 mln. manat və qeyri-faiz xərcləri isə 4.74 mln. manat olub ki, bu da hesabat dövrünə cəmi 541 min manat əməliyyat mənfəətidir.

Lakin, şirkət 266 min manat problemli kreditlər üzrə ayırma və 187 min manat mənfəət vergisi ödəyib və onun xalis mənfəəti 88 min manat təşkil edib. Burada diqqət çəkən məqam: bankın balansda olan yığılmış zərərinin ola-ola məfnəət vergisi xərci ödəməsidir. Adətən, banklar balanslardında yığılmş zərər varkən, mənfəət vergisi ödəmirlər. Onun balansında 1.56 mln. manat yığılmış zərər hələ də qalmaqdadır.

Xatırladaq ki, “Günay Bannk”ın səhmlərinin 58.22%-i Mahmud Məmmədov və 41.15%-i isə Yeganə Şirinovaya məxsusdur.222eruefsffsdfs

Son xəbərlər
Digər xəbərlər