7 C
Baku
Sunday, December 15, 2024

Prezident Azərbaycanda istilik sahəsi üzrə yeni cərimələri təsdiqlədi – Məbləğlər

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Yenilənmiş Məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək.

Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq.

İndiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.

Son xəbərlər
Digər xəbərlər